Boris Conson özünü yenidən təcrid edib

Boris Conson özünü yenidən təcrid edib
19 İyul 2021
Mətni dəyiş

Böyük Britaniyanın baş naziri Boris Conson özünü yenidən təcrid edib. 

Bu barədə İngiltərənin Nazirlər Kabineti məlumat verib. O, koronavirus (Covid-19) testi pozitiv çıxan şəxslə təmasda olduğu üçün belə edib. Onunla birlikdə maliyyə naziri Rişi Sunak da özünü təcrid edib.

Bildirilib ki, hər iki nazir işlərini davam etdirəcəklər.

Conson bundan əvvəl 2020-ci ildə koronavirusa yoluxmuş şəxslə təmasda olmuş və özünü təcrid etmişdi. Həmin vaxt nazirin koronavirus testi də pozitiv çıxmışdı və nazir bir neçə gün tibbi nəzarət altında saxlanılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun