9 minə yaxın vergi borcu olan şirkətə milyonluq tender verilib

9 minə yaxın vergi borcu olan şirkətə milyonluq tender verilib
21 İyul 2021
Mətni dəyiş

Kənd Təsərrüfatı Nazirliyi "yaş baramanın qurudulması məntəqələrinin stellaj və jalüz tipli pərdələrlə təchizatı" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Məbləği 1.349.840.94 manat təşkil edir. Ancaq müəmmalı məqam budur ki, dövlət portalında satınalmanın kotirovka üsulu ilə keçirildiyi qeyd edilib.

Satınalmanın qalibi "ELITRA DESIGN" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"ELITRA DESIGN" MMC 2020-ci ilin yanvar ayının 13-də təsis edilib.

Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Kazımzadə 27, ev 7, qanuni təmsilçisi isə İsmayılzadə Məhəmməd Rafiq oğludur.

"ELITRA DESIGN" MMC fəaliyyət profili barədə məlumat yoxdur.

Kənd Təsərrüfatı Nazirliyinin sifarişçi olduğu satınalmada qalib elan edilən "Elıtra Desıgn" MMC-nin hazırda dövlətə 8.899 manat borcu var.

"Dövlət Satınalmaları haqqında" qanunda isə iddiaçı qismində iştirak edən təşkilatların sifarişçi müəssisələrin tender komissiyalarına vergi borclarının olmaması barədə Dövlət Vergi Xidmətindən alınan arayışı təqdim etmələri tələb edilir.

Belə olan halda isə Kənd Təsərrüfatı Nazirliyinin sözügedən satınalma üzrə formalaşdırdığı tender komissiyasına "Elıtra Desıgn" MMC-nin vergi borcu olmaması barədə saxta arayış vermələri, ya da nazirliyin satınalma komissiyasının şirkətin külli miqdarda vergi borcu olmasına göz yumduğu qənaəti yaranır.

Qlobal.az

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun