Hansı tələbələr təhsil kreditindən yararlana biləcək? - Nazir açıqladı

Hansı tələbələr təhsil kreditindən yararlana biləcək? - Nazir açıqladı
18 İyun 2021
Mətni dəyiş
Təhsil naziri Emin Əmrullayev bu gün brifinq keçirib. Nazir Təhsil Tələbə Krediti Fondu barədə ictimaiyyəti məlumatlandırıb. Nazir bildirib ki, Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondundan təxminən 40 min və ya bir az daha çox bakalavr və magistr tələbəsinin kredit alması nəzərdə tutulur.
Qaydalar yenə də hansı qrupdan olan tələbələri əhatə etməsi bəlli olacaq: “Aidiyyəti qurumlarla ilkin müzakirələrdə həmçinin təhsil müddətində əldə etdikləri yüksək nəticələri (ÜOMG) olan tələbələrə kreditlərin faiz hissəsində güzəşt edilməsi də planlaşdırılır”. Təhsil Tələbə Kredit Fondunun faizləri simvolik olacaq. Nazir bildirib ki, sosial həssas ailələrdən olan tələbələrə verilən krebditlərin faiz dərəcəsi çox aşağı simvolik faizlərlə 1-2 faiz olacaq. O qeyd edib ki, öz hesabına təhsil alan tələbələr üçün is standart paket tətbiq olunacaq və onun da faiz dərəcəsi müəyyən olunacaq: “Ancaq faizlər çox aşağı dərəcədə olacaq. Fondun məqsədi odur ki, daha çox insan, o cümlədən sosial qrupa aid olan ailələrdən insanlar ali təhsil almaq imkanı əldə etsin" Nazir bildirib ki, Təhsil Tələbə Kredit Fondun tərəfindən verilən krebditlər uzun müddətli olacaq: "Kreditin müddəti müzakiə olunub təsdiq olunmalıdır, ancaq uzun müddətli, təxminən 20 il ərzində tələbə həmin vəsaiti geri ödəyəcək". "Tələbə kreditləri öz hesabına təhsil alan tələbələri əhatə edəcək. “Təhsil Tələbə Krediti” Fondu ali təhsildə mühüm dəyişikliklərə gətirib çıxaracaq". Emin Əmrullayev qeyd edib ki, fondun 80 milyon manat nizamnamə kapitalı nəzərdə tutulub: “Müxtəlif mənbələrdən əldə edilən vəsait hesabına gələcəkdə bu məbləğ artırıla bilər. Fondun maliyyələşməsi dövlət büdcəsindən nəzərdə tutulur”. Nazir söyləyib ki, tələbə təhsilini bitirdikdən 20 il ərzində həmin krediti qaytara biləcək: “Tələbə 20 il ərzində hərbi xidmətdə olduğu və ya hər hansı başqa səbəbdən krediti ödəyə bilmədiyi halda ona möhlət veriləcək. Təhsil kreditləri tələbənin özünə deyil, ali və ya orda təhsil müəssisəsinə köçürüləcək. Öz hesabına təhsil alan tələbələrin təhsil haqqının hamısını deyil, bəlli bir hissəsini fond qarşılaya bilər”. "Təhsil Tələbə Kredit Fondu növbəti tədris ilindən kredit verə bilər". Nazir qeyd edib ki, növbəti tədris ilindən ali təhsil alan tələbələrin böyük hissəsinin Təhsil Tələbə Kredit Fondu tərəfindən maliyyələşməsini təmin etmək mümkün olacaq: E.Əmrullayev bildirib ki, kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq: “Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Güzəştlərin edilməsi də nəzərdə tutulacaq. Bu kredit kommersiya məqsədi daşımır. Gələcəkdə müxtəlif mənbələrdən Fondun mailiyyəsi artırıla bilər. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da veriləcək. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək”. "Dövlət sifarişli təhsil alanların sayı 50 faizə çatdırılacaq. Daha sonra tələbələr təhsilləri bitəndə işləyərək krediti ödəyəcəklər". Nazir bildirib ki, tələbələrə verilən kreditlərin ödənilməsinə nəzarət mexanizmləri olacaq, amma vətəndaşların özlərinin də sosial məsuliyyəti olmalıdır. "Tələbələrə verilən kreditlər iki qrup şəxslərə veriləcək. Həssas və standart ailələrə". Təhsil naziri qeyd edib ki, birinci qrupda meyar ailənin gəlirləri nəzərə alınır. İkinci qrupda tələbənin akademik gösdəriciləri əsas götürüləcək.
Azərbaycanda təhsil alan əcnəbi tələbələrə isə təhsil krediti verilməyəcək. Nazir xatırladıb ki, hələlik qaydalar tam təsdiq edilməyib: “Amma təhsil kreditləri Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Əcnəbi tələbələrə ödənilən təqaüdlər var. Bununla bərabər onlar üçün tələbə krediti ayrılmayacaq”.
Təhsil naziri Emin Əmrullayev əlavə edib ki, ““Maarifçi” Tələbə Kredit Fondu daha çox pilot layihə idi. Bu Fondun mahiyyəti də tələbəyə kömək idi”. Onun sözlərinə förə, yeni yaradılan Fondda dövlətin ayırdığı büdcədən söhbət gedir: ““Maarifçi” Tələbə Kredit Fondu da bir müddət davam edəcək, çünki oradan hələ də təhsil alan tələbələr var”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun