Baş nazirdən Qarabağdakı hava limanlarının tikintisi ilə bağlı qərar

Baş nazirdən Qarabağdakı hava limanlarının tikintisi ilə bağlı qərar
19 İyun 2021
Mətni dəyiş
Füzuli, Laçın və Zəngilanda aeroport tikintisi üçün idxal edilən mallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.  Baş nazir Əli Əsədov bu barədə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişikliyə əsasən “Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilir. Müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun