Anar Mammadli: "Planlaşdırılan cərimə qaydası rüsvayçılıqdır"

Anar Mammadli: "Planlaşdırılan cərimə qaydası rüsvayçılıqdır"
25 İyun 2021
Mətni dəyiş
"Vəkillərin vəsatətləri ilə bağlı planlaşdırılan cərimə qaydası rüsvayçılıqdır. Belə qaydanın müdafiə olunacaq tərəfi, məntiqi izahı yoxdur". Bu sözləri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri, hüquq müdafiəçisi Anar Məmmədli deyib. Anar Məmmədli bildirib ki, məqsəd vəkillərin hüquqlarını məhdudlaşdırmaq, aşağı məhkəmələrdən yuxarı instansiya məhkəmələri, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləcək şikayətlərin keyfiyyəti və sayını azaltmaqdır. "Şübhəsiz ki, bu cür qaydanın tətbiqi Azərbaycanın üzv olduğu beynəlxalq qurumlarda gülünc və heyrət doğuracaq. Bununla da hakim siyasi elita ölkəni növbəti dəfə rüsvayçı duruma gətirəcək. Mütərəqqi ictimaiyyət belə mürtəce qaydanın tətbiqinə etiraz etməli, ölkədə şəriət məhkəmələrinə bənzər hüquq-müdafiə sisteminin qurulmasına imkan verməməlidir", - deyə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri, hüquq müdafiəçisi Anar Məmmədli bildirib. Mülki Prosessual Məcəlləyə yeni, 174.5-ci maddə əlavə edilməsi təklif edilir. Bu təklifə görə, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneə törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun