Misir Fransadan aldığı 30 ədəd "Rafale" qırıcı təyyarəsinə 3,95 milyard avro ödəyəcək

Misir Fransadan aldığı 30 ədəd "Rafale" qırıcı təyyarəsinə 3,95 milyard avro ödəyəcək
4 May 2021
Mətni dəyiş
Misir Fransa ilə 30 ədəd "Rafale" qırıcı təyyarəsi almaqla bağlı razılaşma əldə edib. Misirin Silahlı Qüvələrinin mətbuat katibi Tamir Muhammed Rifai Twitter hesabından etdiyi açıqlamada bildirib ki, Misir 2015-ci ildən bəri Fransa ilə imzalanmış razılaşmaya görə bu ölkədən 24 "Rafale" qırıcı təyyarəsi almışdı. Misir bu təyyarələrə görə Fransaya 5,2 milyard avro ödəyib. Bu dəfə isə Misir 30 təyyarəyə görə Fransaya 3,95 milyard avro ödəyəcək. Qeyd edək ki, "Rafale" qırıcı təyyarəsi Fransanın Dassault Aviation şirkəti tərəfindən istehsal olunan dördüncü nəsil təyyarələrdir. Bu təyyarələr ancaq Hindistan, Qətər, Misir və Fransanın hərbi arsenalında mövcuddur. "Rafale" təyyarələrindən Əfqanıstanda, Liviyada, Suriya və İraqda müharibələr zamanı istifadə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun