“Clubhouse” şirkəti “Android” üçün tətbiqi işə salıb

“Clubhouse” şirkəti “Android” üçün tətbiqi işə salıb
10 May 2021
Mətni dəyiş

“Clubhouse” şəbəkəsi “Android” əməliyyat sistemi üçün rəsmi tətbiqini işə salıb. Bu barədə şirkətin saytında məlumat verilib.

Hələlik tətbiq beta versiyada və yalnız ABŞ ərazisində işləyəcək. Bir müddət sonra digər ingilisdilli ölkələrin sakinləri, ardınca isə dünyanın qalan hissəsi də “Clubhouse”-a qoşulacaq.

Növbəti bir neçə həftədə developerlər istifadəçilərin şikayət və müraciətlərini toplayacaq, səhvləri düzəldəcək və bir neçə funksiya əlavə edəcəklər. “Clubhouse” platforması keçən ilin aprel ayından bəri mövcuddur.

Twitter şirkəti son aylar “Clubhouse” şəbəkəsinin satın alınması haqqında danışıqlar aparıb. Mənbələrin məlumatına görə, sazişin qiyməti 4 milyard ABŞ dollar qiymətləndirilir. Hazırda danışıqlar naməlum səbəbdən dayandırılıb. Twitterin nümayəndəsi buna şərh verməkdən imtina edib, “Clubhouse”-dan da agentliyin sorğusuna cavab verməyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun