ABŞ konqressmeni Kris Smit höküməti Dağlıq Qarabağ ermənilərinə 50 milyon dollar ayırmağa çağırır

ABŞ konqressmeni Kris Smit höküməti Dağlıq Qarabağ ermənilərinə 50 milyon dollar ayırmağa çağırır
7 May 2021
Mətni dəyiş
ABŞ Konqressinin üzvlü, Konqressin Xarici Əlaqələr Palatasının üzvü Kris Smit ermənilərlə bağlı hökümətə məktubla müraciət edib. O ABŞ hökümətini Dağlıq Qarabağ ermənilərinə 50 milyon dollar yardım etməyə çağırır. Bu haqda Asbarez erməni qəzeti məlumat yayıb. Konqressmenin məktbubunu ondan başqa bir neçə konqressmen də imzalayıb. Məktubda deyilir ki, 2020-ci ildə Dağlıq Qarabağda Azərbaycanla müharibədən sonra yüzlərlə insan yaralanmış, minlərlə insan isə evsiz qalmış, həyatı önəm daşıyan infrastrukturlar dağılmışdır. O ABŞ hökümətini Qarabağ ermənilərinə humanitar yardım qismində ən azı 50 milyon dollar ayırmağa çağırır. Kris Smit bu pulların ermənilərin təhlükəsizlik, mənzil, tibbi yardım ehtiyaclarının təmin olunmasına və infrastrukturun bərpa edilməsinə xərclənəcəyini deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun