Kreml: "Qarabağda "İsgəndər"dən istifadə olunmayıb, bilmirik o qalıqlar hardan gəlib"

Kreml: "Qarabağda "İsgəndər"dən istifadə olunmayıb, bilmirik o qalıqlar hardan gəlib"
3 Aprel 2021
Mətni dəyiş

Azərbaycan işğaldan azad edilmiş Şuşaya Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik "İsgəndər" raketlərinin atıldığını bildirir və ANAMA cümə günü bunun sübutu kimi raket qalıqları nümayiş etdirib.

Kremlin sözcüsü Dmitiri Peskov isə Qarabağda Ermənistanın bu raketlərdən istifadə etmədiyini bildirib.

Peskov deyib ki, bundan əvvəl də bu mövzu müzakirə olunub və raketlərdən istifadə təsdiqlənməyib. Bu barədə Rusiya prezidenti Vladimir Putinə məruzə edilib-edilməməsi ilə bağlı suala isə Peskov məlumat verilmədiyini bildirib.

"Bildiyim qədərilə bu yeni bir məlumatdır, mən indi bildim. Ordu rəhbərliyinin isə bu mövzu ilə bağlı prezidentə məruzə edib-etmədiyini bilmirəm", - deyə Kremlin sözcüsü bildirib.

Buna qədər Ermənistanda Azərbaycana raket atılması ilə bağlı iddialar səslənsə də, rəsmi Bakı bunu təkzib edirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun