Co Bayden dini liderlərə çağırış edib

Co Bayden dini liderlərə çağırış edib
2 Aprel 2021
Mətni dəyiş

Amerika prezidenti Co Bayden dini cimaların liderləri ilə baş tutan görüşdə onları koronavirusa (Covid-19) həssas yanaşmağa və korona virusla mübarizə prosesinə töhvə verməyə çağırıb.

Mindən çox dini liderlə videokonfrans formatında keçirilən görüşdə Bayden onlara bildirib ki, öz icmalarını koronavirus əleyhinə peyvənd vurmağa təşviq etsinlər.

Dini liderlərin cəmiyyətdə özəl bir yerə sahib olduğunu qeyd edən Bayden deyib ki, sizləri peyvənd sözünü yaymağa və yeri gələndə hər kəsi peyvənd olmağa təşviq etməyə çağırıram.

Bayden insanların yenidən bir araya gəlməsi və ibadət yerlərinin açılması üçün koronavirus üzərində qələbə qazanmağın vacib olduğunu bildirib.

Dünyada yeni növ koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı 128,54 milyonu keçib, 24 saat ərzində 650 mindən çox artım qeydə alınıb ki, bu da yanvarın 17-dən bəri ən yüksək gündəlik artımdır.

Təsdiqlənmiş yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb – 30 095 776 nəfər. Onun ardınca Braziliya (12 658 109), Hindistan (12 221 665), Fransa (4 569 568), Rusiya (4 554 264), Böyük Britaniya (4 345 792), İtaliya (3 584 899), Türkiyə (3 317 182), İspaniya (3 274 150), Almaniya (2 833 173), Kolumbiya (2 397 731) və Argentina (2 356 970) gəlir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun