Araik Arutunyan: "Oktyabr ayından müharibənin necə qurtaracağı bilinirdi"

Araik Arutunyan: "Oktyabr ayından müharibənin necə qurtaracağı bilinirdi"
29 Aprel 2021
Mətni dəyiş
Dünən Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Arayik Arutunyan qondarma respublikanın Şəhərsalma nazirliyində görüş keçirib. O görüş zamanı Qarabağ münaqişəsinin keçmişindən və 44 günlük müharibədən danışıb. Arayik Arutunyan deyib ki, Azərbaycanla 1994-cü ilin 12 mayında imzalanmış atəşkəs müqaviləsindən sonra bizim hərbi-siyasi rəhbərliyimiz dünyadakı nümunələrdən nəticələr çıxara bilməyi və danışıqlar prossesi zamanı daha faydalı nəticələr əldə etməyə çalışmayıb. O 44 günlük müharibənin gedişindən danışıb və bildirib ki, müharibənin sonu hələ oktyabr ayından məlum idi və erməni siyasi qüvvələri bu mövzuda ümumi qərara gələ bilmədi. "Ortaq siyasi razılıq, yaxud vahid rəy yox idi - müxalifət də, hökümət də həmin ərəfədə müharibəni dayandırmağı satqınlıq sayırdılar". - deyə Arayik Arutunyan deyib. Arayik Arutunyan həmçinin müharibə vaxtı işğaldan azad olunmuş bölgələrdən qaçmış erməni əhali haqda da danışır: "Bizim ən böyük səhvimiz 1992-ci ilin 13 iyununda Goranboydan, sonra Ağdərədən, Hadrut və Füzuli və Əsgəranın bəzi kəndlərindən qaçmış 50 min ermənini Qarabağda saxlamamaq olub. Elə etsəydin indi Qarabağda cəmi 45 min erməni yox, 200 mindən çox erməni olardı. Biz goranboylu ermənilərin heç 10 faizini belə saxlaya bilmədik və o insanlar getdilər" - Arutunyan bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun