Mariya Zaxarova rus müxalifətini Qərbin "təsir agenti" adlandırıb

Mariya Zaxarova rus müxalifətini Qərbin "təsir agenti" adlandırıb
4 Mart 2021
Mətni dəyiş
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova rus müxalifətini Qərbin təsir agenti adlandırıb. Bu haqda o "Qovorit Moskva" radiosunun efirində deyib. "Əgər xarici qüvvələr tərəfindən dəstəklənən, maliyyələşdirilən insanlar siyasətlə məşğul olurlar və bu siyasət əsasən xarici ölkələrə sərfəlidirsə, əgər onlar xarici ölkələrin xeyrinə milli maraqlara qarşı çıxış edirlərsə onda bunların adı niyə liberal-demokratik qüvvələr olsun ki? Belələrini həqiqi yüksək mənsəbə aid etmək olmaz" - deyə Zaxarova bildirib. Onun sözlərinə görə qərbin sanksiyalarını dəstəkləyən müxalifət təmsilçiləri "təsir agentləridir". Zaxarova idda edir ki, onlar Rusiya ərazisində başqa ölkələrin maraqlarını müdafiə edir, halbuki "demokratiya ölkə daxilində siyasi prosseslərdə iştirak etmək anlamına gəlir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun