Dünya Səhiyyə Təşkilatı: Son yeddi həftədə ilk dəfə koronavirusa yoluxanların sayı artır

Dünya Səhiyyə Təşkilatı: Son yeddi həftədə ilk dəfə koronavirusa yoluxanların sayı artır
3 Mart 2021
Mətni dəyiş
Ümumdünya Səhiyyə Təşkilatı dünya boyu koronavirusa yoluxanlarının sayının son yeddi həftədə ilk dəfə artdığını bəyan edib. ÜST-ün Covid-19-la bağlı cavabdeh əməkdaşı olan Maria Van Kerxova təşkil etdiyi mətbuat konfransında deyib ki, bu hal hamımıza sərt bir xəbərdarlıq olmalıdır, virusun yoluxması yenidən sürətlənə bilər, biz buna imkan verməməliyik. ÜST-ün baş katibi Tedros Adhanov Gebreyesus isə artışın məyusedici olduğunu, fəqət surpriz olmadığını qeyd edib. ÜST rəhbəri ölkələrin pandemiya ilə mübarizə tədbirlərini gücləndirməsi gərəkdiyini deyərkən, peyvəndləməyə güvənmək üçün hələ çox tez olduğunu da bildirib. Gebreyesus bildirib ki, 10 həftə əvvəlki ilə müqaisə etdikdə virusla mübarizə çox yaxşı təşkil olunub, ancaq virusun yayılmasına nəzarət etdiyimizi deyə bilmərik.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun