"Burqer Kinq" 8 martla bağlı paylaşımını silib və üzr istəyib

"Burqer Kinq" 8 martla bağlı paylaşımını silib və üzr istəyib
10 Mart 2021
Mətni dəyiş

Beynəlxalq fast food restoranlar şəbəkəsi olan "Burqer Kinq" 8 Mart Beynəlxalq Qadınlar Gününü paylaşımını gələn tənqidlər səbəbindən silib və üzr istəyib. 

"Qadınların yeri mətbəxdir" cümləsinin də istifadə olunduğu yazıda şirkət xidmət sektorunda işləyən qadınların az olmasın diqqət çəkmək istəsə də, seçdiyi cümlələr səbəbindən sərt tənqidlərə məruz qalıb.

Şirkət ilk paylaşımında aşpazların ancaq 20%-inin qadın olduğuna diqqət çəkib və qadınların yerinin mətbəx olduğunu qeyd edib. Daha sonra bu paylaşımı silərək üzr istəyib.

"İlk tvitimiz səhv başa düşüldü və üzr istəyirik. Məqsədimiz İngiltərə mətbəxindəki peşəkar aşpazların yalnız 20 faizinin qadınlar olduğunu vurğulamaq və kulinariya təqaüdü verərək bunu dəyişdirməyə kömək etmək idi. Növbəti dəfə daha yaxşısını edəcəyik", - deyə şirkətin üzr açıqlamasında qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun