Avropa Birliyi ilə Ermənistan arasında əməkdaşlıq və parntyorluq sazişi qüvvəyə minib

Avropa Birliyi ilə Ermənistan arasında əməkdaşlıq və parntyorluq sazişi qüvvəyə minib
2 Mart 2021
Mətni dəyiş
Martın 1-də Ermənistanla Avropa Birliyi arasında hər şeyi əhatə edən əməkdaşlıq və partnyorluq sazişi qüvvəyə minib. Brüssel və İrəvan bu sazişə çox ümüdlüdür. Ermənistanla Avropa Birliyi 1990-cı illərdən əməkdaşlıq və partnyorluq sazişləri imzalayıblar. 2010-cu ildə tərəflər yeni assossasiya sazişini hazırlamağa başlayıblar. Avropa Birliyi Ermənistandan başqa Ukrayna, Gürcüstan və Moldova ilə belə sazişlər imzalamaq üçün danışıqlar aparırdı. 2013-cü ildə Moskvanın Kiyev və İrəvana basqıları nəticəsində hər iki ölkə Avropa Birliyi ilə əməkdaşlıq sazişi imzalamaqdan geri çəkilib. Ukrayna AB ilə assosasiya sazişini ancaq Avromaydan və prezident Viktor Yanukoviçin ölkədən qaçmasından sonra hakimiyyətin dəyişməsi ilə imzalaya bilib. Ermənistan isə yenə də Avrasiya İqtisadi İttihaqına üzv olaraq Rusiyaya inteqrasiya yolunda addımlayıb. Bundan sonra Brüssel və İrəvan münasibətləri yeniləmək üçün 2015-ci ildə yenidən danışıqlara başlayıblar, 2017-ci ilin sonlarında isə axır ki, Ermənistanla AB arasında genşmiqyaslı əməkdaşlıq və partnyorluq razılaşması imzalanıb. 2018-ci ilin 1 iyununda müqavilə müvəqqəti tətbiq olunmağa başlayıb, indi isə razılaşma AB-nin bütün ölkələri tərəfindən ratifikasiya olunduqdan sonra tammiqyaslı tətbiq olunmağa başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun