ABŞ Corc Floydun ailəsinə 27 milyon dollar təzminat ödəyəcək

ABŞ Corc Floydun ailəsinə 27 milyon dollar təzminat ödəyəcək
13 Mart 2021
Mətni dəyiş

Amerikanın Minnesota ştatında polis tərəfindən saxlanılması zamanı həyatını itirən afroamerikalı Corc Floydun ölümünə səbəb olan 4 polis əməkdaşı ilə bağlı açılan cinayət işində Floydun ailəsinə 27 milyon təzminat ödənməsinə qərar verilib. 

Minnepolis Şəhər Şurası bu barədə qərar verildiyini açıqlayıb.

Corc Floydun vəkili Ben Crump qərarı ədalətli hesab edib və bildirib ki, bu təzminat belə hallar üçün nəzərdə tutulan ən yüksək təzminatdır. Vəkil əlavə edib ki, bu qərar afroamerikalıların da həyatının nə qədər dəyərli olduğunu göstərir və polislərə bir mesajdır.

Floydun ailəsi də təzminat qərarından məmnun olduqlarını bildiriblər və deyiblər ki, 27 milyon dolların 500 min dollarını hadisənin baş verdiyi bölgənin inkişafına xərcləyəcəklər.

Corc Floyd ötən ilin 25 mayında saxlanılma zamanı keçmiş polis əməkdaşı Derek Şovinin sərti üsulla boğan fənd qəbul tətbiq etməsi nəticəsində ölüb. Mayın 26-da onun saxlanılmasında iştirak edən dörd polis əməkdaşının hamısı işdən çıxarılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun