Paşinyan: "Müharibədə atdığımız "İskəndər" raketləri ya partlamırdı, ya da 10 faizi partlayırdı"

Paşinyan: "Müharibədə atdığımız "İskəndər" raketləri ya partlamırdı, ya da 10 faizi partlayırdı"
24 Fevral 2021
Mətni dəyiş
Ermənistanın prezidenti Nikol Paşinyan Rusiya istehsalı olan "İskəndər" raket kompleksləri haqda tərəddütlü fikirdə olduğunu deyib. Paşinyan bildirib ki, bu silah 80-ci illərin silahıdır və köhnəlmiş sayılır. Paşinyan 1in.am saytına müsahibəsində deyib ki, Azərbaycanla 44 günlük müharibədə hədəfləri vurmaq üçün istifadə etdikləri "İskəndər" raketləri atılandan sonra ya heç partlamırdı, ya da 10 faizi partlayırdı. O bunun səbəbi kimi silahların 80-ci illərdən qalma, köhnə silahlar olduğunu deyib. Paşinyan həmçinin 2018-ci il inqilabına qədər Ermənistanda hakimiyyətdə olan adamların ordu təchizatı işində törətdiyi korrupsiya hallarına görə minlərlə cinayət işi qaldırıldığını, keçmiş prezident Sarkisyanın bu korrupsiyanın başında dayandığını da bildirib. Paşinyanın bu rəyinə Rusiyanın cavabı gecikməyib. Rusiya Dövlət Dumasının deputatı Dmitri Sablin Paşinyana cavab kimi deyib ki, döyşdə məğlub olan adam günahı onun-bunun üstünə atmağa çalışar. Müharibədən yaxşı başı çıxan insanlar bilir ki, "İskəndər" XXI əsrin ən yaxşı operativ-taktiki raket kompleksidir. "İskəndər" dəfələrlə müharibələrdə yüksək xarakterik göstəricilərini təsdiqləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun