İsrail Misirlə münasibətlərini daha da yaxşılaşdırır, Misirə qaz kəməri çəkir

İsrail Misirlə münasibətlərini daha da yaxşılaşdırır, Misirə qaz kəməri çəkir
22 Fevral 2021
Mətni dəyiş
İsrail və Misir bir-biri ilə diplomatik əlaqələri bərpa etdikdən sonra münasibətlərini daha da irəlilətməyi qərara alıblar. Belə ki, fevralın 21-də iki ölkə rəsmiləri yeni qaz kəməri çəkməklə bağlı razılığa gəliblər. Razılıq Yerusəlimdə İsrail Energetika naziri Yuval Ştayniçlə Misirin Neft və Mineral Resurslar naziri Tarik Əl-Mulla arasında imzalanıb. Razılığın mətnində deyilir ki, İsrailin Aralıq dənizində yerləşən "Levifan" qaz yatağından çıxan təbii qaz Misirin qaz zavodunda emal olunacaq bundan sonra isə Avropaya ixrac olunacaq. İsrailin bu razılıqda əsas məqsədi Avropaya qaz idxalını artırmaqdır. Aralıq dənizinin İsrail sahillərində olan "Levifan" yatağı 2010-cu ildə kəşf olunub. Ekspertlər yatağın ehtiyatlarının 535 milyard kubmetr olduğunu deyirlər. Xatırladaq ki, bundan öncə 1973-cü ildə İsrail Misir müharibəsindən sonra 1979-cu ildə iki ölkə sülh müqaviləsi imzalasa da bu iki ölkə arasında münasibətlər həmişə soyuq olub. İsrail 2020-ci ildən başlayaraq ərəb ölkələri ilə münasibətlərini normallaşdırmaq üçün addımlar atıb. Belə ki, İsrailin Misir, İordaniya, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi və Somali kimi ərəb müsəlman ölkələri ilə münasibətləri məhz 2020-ci ildən başlayaraq normallaşıb. 2020-ci ilin sonlarında İsrail daha bir ərəb ölkəsi olan Mərakeşlə uzun müddətdir kəsilmiş diplomatik əlaqələri bərpa edib. Bununla da İsrailin barışdığı ərəb ölkələrinin sayı 7-ə çatıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun