Antonio Quterreş: "130-dan çox ölkə bir doza peyvənd belə ala bilməyib"

Antonio Quterreş: "130-dan çox ölkə bir doza peyvənd belə ala bilməyib"
19 Fevral 2021
Mətni dəyiş

BMT-nin baş katibi Antonio Quterreş koronavirus əleyhinə peyvəndlərin əldalətli şəkildə bölünməməsini tənqid edib. Quterreş deyib ki, peyvəndlərin 75%-ni təkcə 10 ölkə istifadə edir, 130-dan çox ölkə isə bir doza peyvənd belə ala bilməyib.

Baş katibi bu açıqlamaları BMT Təhlükəsiz Şurasısında peyvəndə bərabər çatımlılıq və pandemiya dövründə düşmənliklərin dayandırılması ilə əlaqəli qəbul olunan 2532 saylı qərarın icrasının müzakirəsi zamanı verib.

Varlı, inkişaf etmiş və kasıb ölkələrdən olan 10-dan çox ölkənin xarici işlər naziri bu günə qədər 2,4 milyon insanın həyatını itirməsinə səbəb olan, 109 milyondan çox insana bulaşan koronavirusla mübarizədə ədalətsiz bölüşdürmə ilə bağlı tənqidlərini yenidən təkrarlayıb.

Antonio Quterreş deyib ki, bu çətin zamanda peyvənd paylaşdırılmasında bərabərliyin təşkil olunması bəşəriyyət qarşısındakı ən böyük əxlaq sınağıdır: "Bu işlə əlaqəli çalışan insanlar peyvəndlərin ədalətli bölünməsinə dair yeni plan hazırlamalıdırlar", - deyə BMT-nin baş katibi Antonio Quterreş bildirib.

BMT və digər bir çox beynəlxaq təşkilatlar dünyada kasıb hesab olunan ölkələrdə peyvəndlənmə proqramları təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun