Tramp Ağ Evi tərk edib Floridadakı iqamətgahına getdi: 150 illik ənənəni pozdu

Tramp Ağ Evi tərk edib Floridadakı iqamətgahına getdi: 150 illik ənənəni pozdu
21 Yanvar 2021
Mətni dəyiş

ABŞ prezidenti Donald Tramp yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasiminə bir neçə saat qalmış Floridaya gedib. Trampın gedişi NBC kanalından canlı yayımlanıb.

Baydenin inaqurasiyası bu gün keçiriləcək. Mərasimdə keçmiş ölkə rəhbərlərində Trampın vitse-prezidenti Mayk Pens iştirak edəcək. Tramp 150 illik ənənəni pozaraq inaqurasiyadan bir neçə saat öncə Vaşinqtonu tərk edib.

Həmçinin Tramp vəzifəsini tərk etməyə az qalmış 73 nəfər məhbusu əvf edib, daha 70 nəfərin isə cəzasını yumuşaldıb. Əfv olunanların siyahısı Ağ Evin saytında yayımlanıb.

Trampın qərarı ilə azadlığa çıxanların sırasında onun keçmiş köməkçisi Stefen Bonnon və iki tanınmış reper də var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun