"Trabzonspor" Türkiyə Super Kubokunu qazandı

"Trabzonspor" Türkiyə Super Kubokunu qazandı
28 Yanvar 2021
Mətni dəyiş

"Trabzonspor" klubu tarixində ikinci dəfə Türkiyə Super Kubokunu qazanıb.

Ötən mövsümü ölkə kubokunun sahibi kimi tamamlamış "bordo-mavililər" çempion "Başakşehir" üzərində qələbə qazanıb - 2:1. İstanbuldakı Atatürk Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmanın birinci hissəsində hesab açılmayıb.

İlk qolu 47-ci dəqiqədə "Trabzonspor"un futbolçusu Jorje Semedu vurub. Bundan 7 dəqiqə sonra "Başakşehir" Demba Banın dəqiq penalti zərbəsi ilə hesabı bərabərləşdirib. 73-cü dəqiqədə İstanbul komandası Aleksandr Yepuryanunun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. 85-ci dəqiqədə isə Kaleb Ekuban komandasının say üstünlüyündən yararlanarıb.

Görüşün sonluğunda iki komandanın ehtiyat oyunçular skamyasında yer alanlar arasında toqquşma baş verib. Nəticədə "Başakşehir"in direktoru Murat Yaman və "Trabzonspor"un köməkçi-məşqçisi Egemen Korkmaz qırmızı vərəqə alıb. Ara sakitləşdikdən sonra 13 dəqiqəlik uzatma dəqiqələri oynanılıb. Lakin hesab dəyişməyib və "Trabzonspor" sayca 14-cü Superkuboka sahib çıxıb. Baş məşqçi Abdullah Avcı isə karyerasında ilk dəfə titul əldə edib.

Türkiyə Super Kubokunun əvvəllər Prezident Kuboku adlanıb. Bu kuboku "Trabzonspor" 7 dəfə qazanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun