Rusiya: "Paşinyanın status məsələsində istəksiz olduğumuzla bağlı iddiaları yalandı"

Rusiya: "Paşinyanın status məsələsində istəksiz olduğumuzla bağlı iddiaları yalandı"
14 Yanvar 2021
Mətni dəyiş

ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Popov Ermənistanın Baş naziri Nikol Paşinyanın "44 günlük müharibənin mənbəyi" adlı məqaləsindəki ittihamlara cavab verib.

Popov bildirib ki, Paşinyanın guya Rusiyanın 7 rayonu şərtsiz Azərbaycana qaytarması və Dağlıq Qarabağın statusunu unutdurması yönündəki iddiaları həqiqəti əks etdirmir.

Ermənistanın Baş naziri Nikol Paşinyan "44 günlük müharibənin mənbəyi" adlı məqaləsində qeyd edib ki, Rusiyanın münaqişənin həlli ilə bağlı yürütdüyü siyasət Dağlıq Qarabağın statusu məsələsini həll etmirdi, təkcə ətraf 7 rayonun Azərbaycana qaytarılması ilə sərhədlənirdi.

Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, məqalədə yəqin ki, Rusiyanın tərəflərə sonuncu dəfə 2019-cu ildə təklif etdiyi mərhələli həll planı nəzərdə tutulur, ancaq o sənəddə qeyd olunmuşdu ki, ilk növbədə 5 rayon, daha sonra 2 rayon qaytarlılsın. Bununla da yanaşı, Dağlıq Qarabağ xalqının tam hüquqlu həyatı təmin olunsun, Dağlıq Qarabağın nümaayəndələri ATƏT-in Minsk qrupunun iclaslarına qatılsın, tərəflərdən güc tətbiq etməməklə bağlı öhdəliklər alınsın.

İqor Popov deyir ki, Rusiyanın guya 7 rayonu heç bir şərtsiz Azərbaycana verməsi və Dağlıq Qarabağın statusu məsələsində istəksiz olması yalandır.

İqor Popovun sözlərinə görə, Rusiyanın təklifi ondan ibarət olub ki, tərəflərlə qarşılıqlı razılıq çərçivəsində BMT-nin və ya ATƏT-in himayədarlığı ilə Qarabağda bütün beynəlxaq normalara uyğun referendum keçrilsin və Qarabağın statusu məsələsi həllini tapsın.

"Bu arada, Kəlbəcər və Laçın rayonlarının da Azərbaycana verilməsi nəzərə alınaraq, Laçın dəhlizinin genişliyinin və statusunun ikinci mərhələdə həlli təklif edildi. Nə Ermənistan, nə də Azərbaycan bu təklifi rədd etmədi. Tam razılığıa gəlinməsə də, bu danışıqlar davamlı olaraq aparıldı. Bu vəziyyət Ermənistanın məsələyə yeni rənglər qatdığı 2018-ci ilə kimi davam etdi", - deyə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Popov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun