Koronavirusun yeni növü Gürcüstanda da aşkar olunub

Koronavirusun yeni növü Gürcüstanda da aşkar olunub
5 Yanvar 2021
Mətni dəyiş

İngiltərədə ortaya çıxan və daha yoluxucu olduğu bildirilən koronavirusun mutasiya etmiş yeni növü Gürcüstanda da aşkar edilib.

Daha yoluxucu olduğu deyilən Covid-19-un yeni növü yayılmağa davam edir.

Gürcüstan Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzi tərəfindən verilən açıqlamada kimliyi açıqlanmayan orta yaşlı bir şəxsdə mutasiya etmiş yeni növ koronavirusun aşkar olunduğu bildirilib.

Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzi başçısının müavini Paata Imnadze 3 nəfərdən götürülmüş nümunələrdə aparılan testlərdən ikisinin mənfi, üçüncü nümunənin nəticəsinin isə müsbət olduğunu bildirib. Yeni növ koronavirusa yoluxan şəxsin hrda yolxuması ilə bağlı məlumat verməyən İmnadze deyib ki, yeni növ virus İngiltərədən yayılıb.

Yeni növ virus

Koronavirusun mutasiya etmiş yeni növünə ilk dəfə İngiltərədə rast gəlinib. Sonradan bir neçə Avropa ölkəsində də aşkar edilən virusun daha yayğın olduğu bildirilir. Koronavirusun qarşısını almaq üçün hazırlanan və artıq bir neçə ölkədə istifadə olunan peyvəndlərin yeni növ koronavirusa təsir edib-etməyəcəyi ilə bağlı tədqiqatlar aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun