Koronavirusun daha yolxucu olan yeni növü Rusiyada da aşkar olunub

Koronavirusun daha yolxucu olan yeni növü Rusiyada da aşkar olunub
11 Yanvar 2021
Mətni dəyiş

İngiltərədən ölkəsinə qayıdan bir rusiyalıda koronavirusun daha yolxucu olan yeni növü aşkar edilib.

Günlük yoluxma sayı isə 23 mindən aşağı düşüb.

Rusiya Koronavirus İnfeksiyasına Nəzarət və Profilaktika Mərkəzinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində xəstə sayı 22 min 851 nəfər artaraq 3 milyon 401 min 954-ə, ölüm sayı isə 456 nəfər artaraq 61 min 837 nəfərə çatıb çatıb.

Son 24 saat ərzində 24 min 80 nəfərin sağalması ilə birlikdə sağalanların sayı 2 milyon 778 min 889 nəfərə çatıb.

Rusiyanın paytaxtı Moskvada yoluxmaların sayı son 24 saat ərzində 4 min 216 nəfər artaraq 857 min 568 nəfərə, həyatını itirənlər isə 77 nəfər artaraq 11 min 950 nəfərə çatıb.

Koronavirusun daha sürətli yayılan yeni növü İngiltərədə üzə çıxıb. Bundan sonra bir çox ölkə İngiltərə ilə nəqliyyat əlaqələrini kəsib. Daha sonra, virus bir çox Avropa ölkəsində, o cümlədən qonşu Gürcüstanda da aşkar olunub. Mütəxəssislər isə düşünür ki, koronavirusa qarşı hazırlanan yeni peyvəndlər onun daha yolxucu olan növü üçün də effektiv olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun