Gürcüstan əhalisinin 60 faizini koronavirusa qarşı peyvəndləməyi planlaşdırır

Gürcüstan əhalisinin 60 faizini koronavirusa qarşı peyvəndləməyi planlaşdırır
15 Yanvar 2021
Mətni dəyiş
Gürcüstanın Xəstəliklərə nəzarət və İctimai sağlamlıq mərkəzinin direktoru Amiran Qamkrelidze gürcü mediasına müsahibəsində deyib ki, koronavirusa qarşı kollektiv immunitet yaratmaq üçün əhalinin ən azı 60 faizi  peyvənd olunmalıdır. Peyvəndlərdən əlavə virusa qarşı bəzi preparatlar da kollektiv immunitetin əldə olunmasına yardımçı olacaq. Qamkrelidze həmçinin 60 faiz əhalinin peyvəndlənməsi, peyvəndlərin və onların logistikası xərclərini də hesablayıb, güman edilir ki, bu xərc 65 milyon laridən 170 milyon lariyə qədər ola bilər. Xəstəliklərə nəzarət və İctimai sağlamlıq mərkəzinin bundan öncə yaydığı məlumata görə Gürcüstan əvvəlcə 20 faiz əhalinin peyvəndlənməsi üçün 700 min əhali üçün 1,4 milyon doza peyvənd alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun