ABŞ-ın yeni prezidenti Co Bayden and içərək vəzifəsinin icrasına başladı

ABŞ-ın yeni prezidenti Co Bayden and içərək vəzifəsinin icrasına başladı
21 Yanvar 2021
Mətni dəyiş

ABŞ-ın yeni seçilən prezidenti Co Bayden Vaşinqtonda keçirilən inaqurasiya mərasimində and içib. Öz inaqurasiya nitqində o bütün amerikalıların prezidenti olacağını, parçalanmış Amerika cəmiyyətini barışdıracağını və siyasi fikir ayrılıqlarını aradan götürəcəyini vəd edib.

Bayden seçkilərdəki qələbəsini "demokratiyanın zəfəri" adlandıraraq bundan sonra rasizmlə və daxili terrorizmlə mübarizə aparacağını deyib. Onun sözlərinə görə ölkədə çoxlu işlər görmək, çox şeyi düzəltmək və bərpa etməyə çalışmaq lazımdır.

Yeni vitse-prezident Kamala Harris də and içərək vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Konqress binasının qərb qanadında keçirilən mərasimdə çoxlu hörmətli qonaqlar, həmçinin keçmiş prezidentlər Barak Obama, Corc Buş, Bill Klinton və onların xanımları da iştirak ediblər.

Yarım əsrlik siyasi təcrübə Yarım əsrlik siyasi kariyeraya sahib Bayden 1893-cü ildən bəri ailəsində olan İncilə əl basıb and içib. Bayden əvvəllər senator və vitse-prezident kimi and içən zaman da eyni İncildən istifadə edib. Biden keçmiş prezident Con Kennedidən sonra ABŞ-ın ikinci katolik prezidenti olub.

Keçmiş höküməti isə keçmiş vitse-prezident Mayk Pens təmsil edib. Həmçinin deputatlar, gələcək nazirlər və başqa məşhur şəxslər də mərasimdə iştirak edib. ABŞ-ın milli marşını müğənni Lady Gaga səsləndirib.

Vəzifə səlahiyyətləri bitən keçmiş prezident Donald Tramp isə mərasimə bir neçə saat qalmış Vaşinqtonu tərk edərək Floridadakı iqamətgahı Mar-a-Laqoya gedib.

İki həftə əvvəl Tramp tərəfdarlarının Kapitoli təpəsinə hücumuna görə inaqurasiya mərasimi gücləndirilmiş təhlükəsizlik tədbirləri görülərək keçirilib. Konqres binasını Milli Qvardiyanın 25 minə yaxın əsgəri dövrəyə alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun