2020-ci ildə öldürülən 111 qadının adı Paris divarlarında

2020-ci ildə öldürülən 111 qadının adı Paris divarlarında
12 Yanvar 2021
Mətni dəyiş

Fransanın paytaxtı Parisdə ölkədəki qadın cinayətlərinə diqqət çəkmək istəyən bir qrup aktivist 2020-ci il ərzində öldürülən 111 qadının adlarını divarlardan asıb.

2020-ci il ərzində öldürülən qadınlardan 98-i ailədaxili zorakılığın qurbanı olub. 11-i seks işçisi, ikisi trans idi.

Aktivistlərin açdıqları afişalarda "Öləndə eşidilən səsimiz yaşayanda eşidilmir" və "Bağışlanmaycaq, unudulmayacaq", - deyə qeyd edilib.

Məlumatlara görə, ikinci karantin müddəti dövründə Fransada məişət zorakılığı 60% artıb. Birləşmiş Millətlər Təşkilatının açıqladığı rəqəmlər göstərir ki, şiddət statistikasındakı artım ölkə və mədəniyyət tanımır.

Statistikaya görə

Avropa Birliyi ölkələrindən biri olan Fransada 2018-ci ildə 121 qadının öldürülüb. Beləliklə, hər üç gündən bir 1 qadın zorakılıq qurbanı olur. Ümumilikdə, sosioloqlar ölkədə 220 min qadının məişət zorakılığından əziyyət çəkdiyini ehtimal edirlər.

Fransa 2019-cu ildə ən çox qadın qətlinə məruz qalan ölkələr arasında birinci yeri tutub.

Hökumət məlumatlarına görə, 2019-cu ildə ölkədə ən az 130 qadın öldürülüb. Noybarın 23-də əri tərəfindən öldürülən və meşəyə atılan qadının öldürülməsi Fransa cəmiyyətini sarsıdıb. Fransada qadın cinayətlərinin artması vətəndaşların sərt reaksiyasına səbəb olub.

Bundan sonra ölkə ərazisində hər il qadın cinayətləri ilə əlaqədar aksiyalar və yürüşlər təşkil olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun