Pfizer/BioNTech şirkətlərinin COVID-19-a qarşı peyvəndinin ABŞ-da təcili istifadə üçün təsdiqlənməsi gözlənilir

Pfizer/BioNTech şirkətlərinin COVID-19-a qarşı peyvəndinin ABŞ-da təcili istifadə üçün təsdiqlənməsi gözlənilir
9 Dekabr 2020
Mətni dəyiş

ABŞ-ın Ərzaq və Dərman İdarəsinin çərşənbə axşam ölkənin dərman istehsalçısı Pfizer və Almaniyanın BioNTech şirkəti tərəfindən hazırlanmış COVID-19-a qarşı peyvəndin yoluxucu xəstəlikdən güclü qorumanı təsdiqləyən sənədləri açıqlamasından sonra vaksinin ABŞ-da təcili istifadə üçün təsdiqi gözlənilir.

Ərzaq və Dərman İdarəsi bu sənədləri araşdırılmış vaksinin ilk ölkə olaraq təcili tətbiqinə başlayan Britaniyada vətəndaşlara Pfizer/BioNTech peyvəndinin verildiyi gün açıqlayıb.

Sənədlər dünya ictimaiyyətinə peyvənd sınaqlarının nəticələrini ilk dəfə ətraflı şəkildə təqdim edir.

Müstəqil ekspertlərdən ibarət bir Ərzaq və Dərman İdarəsinin məsləhət komitəsi peyvənddən istifadənin tövsiyə edilib-edilməməsi ilə bağlı cümə axşamı səs verəcək. Komitənin qərarı icbari deyil, lakin Ərzaq və Dərman İdarəsi adətən onun tövsiyələrini qəbul edir.

ABŞ-ın tənzimləyici orqanları tərəfindən son qərarın bir neçə gün ərzində verilməsi gözlənilir. Peyvənd təsdiqlənərsə, vaksinlər hər ştat tərəfindən hazırlanan plana uyğun olaraq səhiyyə işçiləri və qocalar evi sakinlərinə vurulacaq.

Ərzaq və Dərman İdarəsinin işçiləri iki dozalı peyvəndin sonuncu vurulan dozasından ən azı yeddi gün sonra COVID-19-a yoluxmaların qarşısını almaq üçün çox effektiv olduğunu deyib.

Ancaq Ərzaq və Dərman İdarəsi 16 yaşadək insanlar, hamilə qadınlar və immun sistemi zəif olan insanlarda peyvəndin təhlükəsizliyini təsdiqləmək üçün kifayət qədər məlumatın olmadığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun