Moldovada ruspərəst hökümət istefa verdikdən sonra yeni prezident andiçmə mərasimi keçirib

Moldovada ruspərəst hökümət istefa verdikdən sonra yeni prezident andiçmə mərasimi keçirib
24 Dekabr 2020
Mətni dəyiş

Moldova höküməti istefa verib. Bu haqda ölkənin baş naziri İon Kiku dekabrın 23-də Kişinyovda keçirdiyi brifinqdə elan edib. O bu addımı keçmiş prezident İqor Dodon və parlamentin spikeri Zinayda Qreçanıy ilə müzakirələr etdikdən sonra verdiyini deyib. Kiku bu qərarı verməzdən bir neçə saat sonra parlamentdə demokrat partiyalar olan "Ləyaqət və həqiqət" və "Hərəkət və həmrəylik" partiyalarının hökümətə etimadsızlıq göstərəcəklərini planlamışdılar.

Müxalifət baş naziri koronavirus pandemiyası ilə mübarizədə uğursuz strategiyadan istifadə etməkdə, 2021-ci il üçün dövlət büdcəsi və vergi siyasəti ilə bağlı qanunlarda keçmiş prezident İqor Dodonun xeyrinə qeyri-şəvvaflığa yol verməkdə ittiham edilir. Baş nazirin hakimiyyətdən gediri paytaxt Kişinyovda uzunmüddətli etirazların fonunda baş tutub.

Digər tərəfdən bu gün Maya Sandu rəsmi olaraq Moldova Prezidenti vəzifəsinə başlayıb. İnauqurasiya mərasimi Kişinyovdakı Respublika Sarayında keçirilib.

“Hörmətli vətəndaşlar, bu gündən etibarən biz yeni yola başlayırıq”, - deyə Maya Sandu andiçmə mərasimində bildirib. O, qayda-qanun yaratmaq və hamı üçün bir ölkə qurmaq məqsədilə bütün vətəndaşların dəstəyinə ehtiyac duyduğunu söyləyib. Əlavə edib ki, bu seçkilərdə insanlar həm də rifahları naminə səs verdilər.

Xatırladaq ki, Maya Sandu prezident seçildikdən sonra dekabrın 6-da paytaxt Kişinyovda izdihamlı mitinq keçirərək baş nazir və hökümətin istefasını tələb etmişi. O iddia edirdi ki, keçmiş hökümət və baş nazir ruspərəstlərdən ibarətdir və onlar prezidentin islahatlarına maneçilk törədə bilərlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun