Hökumət iqtisadiyyat və hüquq üzərindən sıxışdırılarkən - Mayıs Əlizadə

Hökumət iqtisadiyyat və hüquq üzərindən sıxışdırılarkən - Mayıs Əlizadə
5 Dekabr 2020
Mətni dəyiş

Mayis Əlizadə

İqtisadiyyata cavabdeh yeni nazirin (keçmiş nəqliyyat və kommunikasiya naziri Lütfi Elvan) və Mərkəzi bank prezidentinin (keçmiş maliyyə naziri)  iri sərmayəyə  təskinlik verməklə işə başlamaları valyuta bazarında nisbi sakitliyə səbəb olsa da göstəricilər bu proseslərdən narahat olanları haqlı çıxarmağa davam edir. Çünki makroiqtisadi göstəricilərin yaxşılaşması yaxın müəyyən qədər vaxt aparacağı kimi başda Katar olmaqla, xaricə şirkət dividentləri satmaqla istehsala yönəlmək də müşkül görünür.

Müxalifət də iqtidarı elə bu zəif nöqtələrindən yaxalayıb.Türk siyasəti  1946-cı ildə həyata keçirilməyə başlayan çoxpartiyalı sistemdə bu şəkildəki  özünəməxsus mənzərə ilə üzbəüz qalmayıb: ana müxalifət partiyası  illərdən bəri hökuməti “silkələməsinə” baxmayaraq, ancaq və ancaq 31 mart 2019-cu ildəki bələdiyyə seçkisində arzu etdiyi nəticəni ala bilmişdisə, iqtidar partiyasının keçmiş baş nazirinin və baş nazirin keçmiş müavininin oradan istefa verərək yeni partiya yaratmaları əvvəlcə dodaq büzülərək qarşılanmasına baxmayaraq,  Ahmet Davutoğlunun və  Ali Babacanın müxalif çıxışları sərtləşdikcə həm iqtidar partiyasından kütlələri qoparıb özlərinə çəkə bilir həm də ən həssas nöqtələrdən iqtidarın iqtisadi və  xarici siyasət sahəsindəki siyasətinə  salvolar yağdıra bilirlər.

Bu, təbiidir, zira AKP-nin hələ 2002-ci ilin noyabrında iqtidara gəlməsindən əvvəl Ali Babacan iqtisadi prorqram hazırlamış,təxminən 20 aylıq fasiləylə (30 iyul 2007-1 may 2009-onda xarici işlər naziri idi) 13 il iqtisadi proqram və layihələri idarə edib.

Həm beynəlxalq təşkilatların həm də maliyyə qurumlarının etimadını qazanmış Babacanın, hökumətin iqtisadiyyat sahəsindəki “yumşaq qarnı”nı çox yaxşı bilməsi bir yana, hamının mülayim adam kimi tanıdığı bu keçmiş nazir və yeni müxalifət liderinin prezident Erdoğana qarşı jarqonunu kəskinləşdirməsi bəlkə gözlənilməz oldu. Ancaq məlumdur ki, müxalifətdəki siyasi qurumun jarqonu sərt olmayanda iqtidarı küncə sıxışdırıb əpritmək də mümkün olmur. Bu baxımdan Ali Babacanın da bir müxalifət partiyasının lideri kimi öz jarqonunu  kəskinləşdirməkdən başqa alternatvi ola bilməzdi və onu edərək partyasının reytinqini getdikcə yüksəldə bilir- onun yanına gələnlərin çoxu isə Ali Babacanın qurucu üzv olduğu AKP-dəndir (1.5 il əvvəl istefa verdi) Prezident Erdoğanla aralarında olan körpüləri yandıran başqa bir lider isə keçmiş xarici işlər naziri və keçmiş baş nazir Ahmet Davutoğludur.

AKP-nin başında ikən partiyaya 49.5% səs qazandırmağa müvəffəq olmasına baxmayaraq, 2016-cı ilin mayında bir anda vəzifəsindən uzaqlaşdırılan professor Davutoğlu təxminən 10 il əvvəl müşavir,sonra isə nazir statusunda ölkənin xarici siyasətinə yön verdiyinə görə,bu gün müxalif bir partiyanın lideri olaraq o da hökumətin xarici siyasətini hardan vuracağını çox yaxşı bilir.

Gelecek Partiyasının sədri Ahmet Davutoğlunun hökumət üzərində yaratdığı təzyiq mexanizmlərinin bir ayağını da ailə üzvlərinin və qohum-əqrəbanın dövlət idarəçiliyinə gətirilmərinə qarşı mübarizə və şəffaflıq məsələləri təşkil edir.İctiimai rəy sorğusu şirkətləri işin əvvəlində nə Davutoğlunun nə də Babacanın AKP-ni laxlada biləcəyini proqnozlaşdıra bilmişdilər ancaq vaxt keçdikcə hər iki liderin öz siyasi jarqonlarını kəskinləşdirmələriylə hökuməti əməlli-başlı narahat etməyə başladıqları göründü. Bunun bir səbəbi AKP sədri  və prezident Erdoğanın keçmiş hökumət yoldaşlarınnı  görməzlkdən gələrək gücü cümhuriyyətin qurucu partiyası CHP ilə mübarizəyə verməsindədir.

Ana müxalifət partiyasının liderinə az qala, hər həftə maddi təzminat iddiası qaldıran AKP sədri və prezident Erdoğan hər halda keçmiş hökumət yoldaşlarıyla polemikaya girməsinin reytinqi aşağı saldığını gördüyü üçün mübahisələrdən uzaq qaçır, uzaq qaşdıqca Davutoğlu da Babacan da tənqidin dozasını artırırlar.

İşin başqa bir qəribə tərəfi isə iqtidarın kiçik ortağı Devlet Bahçelinin də artıq nə Davutoğlu nə də Babacanla mübahisə girməyə həvəsli  olmamasıdır. Bunun da səbəbi həm Davutoğlunu həm də Babacanı tənqid edən Bahçelinin onların ikisindən gözləmədiyi cavabları alması və öz “məhəlləsinə” çəkilməsidir.

Bütün təzyiqlərə baxmayaraq, Türk siyasətində demokratiya qaydaları işləyir. Bunu məmnuniyyətlə müşahidə edərkən çoxu lövhələrdən ibarət olan siyasi partiyaları yanına çağırıb təlimatlar verən Ədalət Vəliyevə qibtə etməmək mümkün deyildir.

“Ədalət Vəliyevə açıq şəkildə dedim ki, Azərbaycanda siyasi məhbus olmamalıdır”- sözünün müəllifi Sülhəddin Əkbərlə isə bu cəsarətinə görə,şadlıqlarda görüşək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun