Gürcüstan höküməti elektrik enerjisi tariflərinin yüksəldilməsinə görə 2021-də əhaliyə subsidiyalar ödəyəcək

Gürcüstan höküməti elektrik enerjisi tariflərinin yüksəldilməsinə görə 2021-də əhaliyə subsidiyalar ödəyəcək
29 Dekabr 2020
Mətni dəyiş

Gürcüstan höküməti 2021-ci ildə yüksəldilmiş elektrk enerjisi tarifinə görə əhaliyə subsidiyalar verəcəyini bəyan edib. Bu haqda ölkənin baş nazirir Georgi Qaxariya dünən keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə elektrik və su tariflərinin nə qədər yüksəldilməsi hələlik məlum deyil, amma bu artıq qaçılmaz hal alıb.

"Biz həm hökümətdəki, həm də parlamentdəki komanda üzvlərimizlə müzakirələr apardıq və indiki vəziyyət üçün əsaslandırılmış qərarı verdik - Gürcüstan vətəndaşları 2021-ci il üçün elektrik enerjisi tariflərinin yüksəlməsini hiss etməməlidir" - deyə baş nazir bildirib.

Baş nazirin sözlərinə görə subsidiyalar ayda 300 kVt/saatdan az elektrik enerjisi istifadə edən abonentlərə şamil ediləcək, bu isə 1 milyon 600 min ailə deməkdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun