Çinin kosmik gəmisi Aya endi

Çinin kosmik gəmisi Aya endi
2 Dekabr 2020
Mətni dəyiş

Çin bildirir ki, onun süxur və toz nümunələri toplayaraq Yerə gətirmək üçün göndərdiyi pilotsuz kosmik gəmisi uğurlu bir şəkildə Ay səthinə enib.

Çan e-5 gəmisinin növbəti bir neçə gün ərazində endiyi ərazini təhlil edəcəyi və Ay səthindən materiallar toplayacağı gözlənilir.

Gəmi bu məqsədlə kameradan, spektrometrdən, radar, qaşov və buruqdan istifadə edəcək.

Missiyanın məqsədi 2 kiloqram Ay süxur və torpağı doldurulmuş kisəni orbitdə dolaşan modula çatdırmaqdır.

Həmin modul öz növbəsində Ay materialını dekabrın əvvəllərində Yerə nəql edəcək.

Əgər missiya uğurlu olarsa, Çin 1960 və 1970-ci illərdən bəri ötən 4 onillikdə Yerə Ay nümunələri gətirən üçüncü ölkə olacaq.

Son məqsəd Aya insan göndərməkdir

Bundan əvvəl Ay torpağını Yerə ABŞ və SSRİ-nin kosmik missiyaları gətirib.

Çan e-5 kosmik gəmisini orbitə çıxaran Çançjen-5 (Uzun Yürüş) raketi noyabrın 24-də Çinin Haynan adasından buraxılıb.

Missiyanın bütövlükdə 23 gün davam edəcəyi gözlənilir.

Missiyadan məqsəd alimlərə Ayın mənşəyinin, təşəkkülünün və vulkanik fəallığının öyrənilməsində kömək etmək, habelə Çinin Aya və daha uzaq kosmosa pilotlu missiyalar göndərməsinə hazırlıqdır.

Çin bundan əvvəl iki dəfə 2013 və 2019-cu illərdə Ay səthinə eniş edib.

Ölkə hərbiyyəsi tərəfindən idarə edilən kosmik proqramdan məqsəd 2022-ci ilədək fəzaya kosmonavtlar göndərmək və son nəticədə insan ekipajını Aya endirməkdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun