Avropa Birliyi növbəti ildən bütün əhalisini koronavirusa qarşı peyvənd etməyə hazırlaşır

Avropa Birliyi növbəti ildən bütün əhalisini koronavirusa qarşı peyvənd etməyə hazırlaşır
8 Dekabr 2020
Mətni dəyiş
Dekabrın 7-dən etibarən Böyük Britaniya koronavirusa qarşı peyvəndləməyə başlayır. Keçən həftə ölkədə Вiontech/Pfizer şirkətinin peyvəndlərinin istifadəsinə qərar verilib. Alman şirkəti BioNTech və onun amerikan partnyoru Pfizer tərəfindən hazırlanan peyvəndlərin qeydə alınmıası üçün bu il noyabr ayının sonlarında Amsterdamda Avropa Dərman Vasitələri Agentliyinə (EMA) müraciət edilib. Peyvəndlərin kütləvi istifadəsinə dekabrın 29-da qərar veriləcəyi gözlənilir. Bundan əlavə Avropa Dərman Vasitələri Agentliyi amerikan peyvənd istehsalçısı Moderna-nın da peyvəndlə bağlı müraciətinə baxır. Bu peyvəndlə bağlı yekun qərar isə yanvarın 12-sə veriləcək. Beləliklə əgər AB ilk iki peyvəndi qəbul etsə Avropa birliyi ölkələri artıq gələn ilin yanvar ayından əhalini kütləvi peyvəndləməyə başlayacaqlar.   Peyvənd necə paylanılacaq Peyvəndlər qeydiyyatdan keçiriləndən sonra ilkin olaraq milyon doza peyvənd AB-nin bütün ölkələrinin əhalisi arasında paylanacaq. Buna qədər isə qısa müddətə baxmayaraq peyvənd bütün sınaqlardan keçiriləcək və tamamilə etibarlı olacaq. Вiontech/Pfizer və Modernа-dan başqa tezliklə avropalılar öz peyvəndlərini də yarada bilərlər. Belə ki, britaniya-isveç konserni olan AstraZeneca və ya Çin şirkəti Sinavac da AB-də koronavirusa qarşı peyvəndlər istehsal etməyi düşünür.   Peyvəndləmə hamı üçün məcburi olacaqmı? Almaniya höküməti bütün federal torpaqlara peyvəndləmə işləri aparmaq üçün mərkəzlər tikməyə başlayıb. Federal Hökümət çalışır ki, mümkün qədər çox insanı peyvəndləsin. Bütün Almaniya əhalisinin peyvəndlənməsi üçün isə təqribən bir ay tələb olunur. Peyvəndləmənin başqa bir çətinliyi isə odur ki, koronavirus əleyihinə olan peyvənd hər adama iki dəfə vurulmalıdır. Beləliklə peyvəndləmə Avropada növbəti ilin sonlarına qədər bitə bilər. Almaniyada keçirilmiş sosial sorğudan sonra məlum olmuşdu ki, ölkə vətəndaşlarının yarısından çoxu müxtəlif səbəblərdən koronavirusa qarşı peyvənd vurdurmaq istəmir, ancaq tibb işçiləri kimi daim xəstələrlə əlaqədə olan risk qrupuna aid insanların peyvəndləmədən keçməsi məcburi edilə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun