Türkiyə ordusu İraq və Suriyada bir neçə terrorçunu məhv edib

Türkiyə ordusu İraq və Suriyada bir neçə terrorçunu məhv edib
23 Noyabr 2020
Mətni dəyiş

Türkiyə hərbçiləri İraqın şimalında iki, Suriyanın şimalında isə daha dörd terrorçunu zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

"Terror aktı planlaşdıran iki PKK terrorçusu İraqın şimalındakı Avaşin ərazisində zərərsizləşdirilib. "Barış pınarı" əməliyyatının keçirilməsinin zonasına girməyə çalışan YPG-nin (PKK terror təşkilatının Suriya qanadı-red) dörd silahlısı zərərsizləşdirilib", - Türkiyənin müdafiə idarəsində bildirilib.

Qeyd edək ki, PKK terrorçuları illərdir Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq üçün qanlı terror aktları təşkil edirlər.

ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına daxil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun