Tramp Co Baydenin yıxılmasına münasibət bildirib

Tramp Co Baydenin yıxılmasına münasibət bildirib
30 Noyabr 2020
Mətni dəyiş
ABŞ-ın hazırkı prezidenti Donald Tramp "Tvitter" hesabında ölkənin yeni seçilmiş prezidenti Co Baydenin ayağını sındırmasına münasibət bildirib.
Bu barədə noyabrın 30-da "CNN" məlumat yayıb.
Məlumata görə, Tramp sosial şəbəkə səhifəsində Baydenin xəstəxananı tərk etməsini əks etdirən şəkli paylaşaraq, "Tez sağalın" yazıb.
Co Bayden iti "Meyjer”lə oynayan zaman sürüşüb və topuğundan xəsarət alıb. Tibbi müayinə zamanı onun topuğunun iki yerdən çatladığı müəyyən olunub. Siyasətçinin iki həftə ərzində xüsusi ayaqqabıda gəzməyə məcbur olacağı bildirilib.
Co Bayden iki alman ovçarkasına sahibdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun