Şənbə və bazar günləri taksilər işləyəcək

Şənbə və bazar günləri taksilər işləyəcək
20 Noyabr 2020
Mətni dəyiş
Həftəsonları taksilər fəaliyyətini davam etdirəcək, taksilərin işi məhdudlaşdırılmayacaq. Bu barədə noyabrın 20-də "Trend.az" məlumat yayıb.  
Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə şənbə və bazar günləri fəaliyyətinə icazə verilən sahələr arasında taksi fəaliyyətinin göstərilməməsi bu nəqliyyat vasitələrinin həftəsonları işləməyəcəyi xəbərlərinin yayılmasına səbəb olmuşdu.
Dünən ölkə üzrə karantin müddətinin uzadılması ilə bağlı qərarda noyabrın 21-dən dekabrın 28-dək həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilsə də, bənddə taksi xidmətlərinin fəaliyyətinin qadağası göstərilməmişdi. Daxili İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama verib. Daxili İşlər Nazirliyi həftəsonu lisenziyası olan şəxslərin taksi fəaliyyəti ilə məşğul ola biləcəyini açıqlayıb. DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, həftənin şənbə və bazar günləri taksi fəaliyyəti ilə məşğul olmağa müvafiq icazəsi olan taksilərin fəaliyyətinə icazə veriləcək: “Buraya taksi xidməti göstərən şirkətlər və taksi xidməti ilə məşğul olmaq üçün müvafiq lisenziyası olan şəxslər də daxildir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun