Rəsmi Paris: Fransa qondarma DQR-i tanımır

Rəsmi Paris: Fransa qondarma DQR-i tanımır
27 Noyabr 2020
Mətni dəyiş

Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi noyabrın 26-da Fransa hökumətini qondarma Dağlıq Qarabağ respublikasını tanımağa çağıran Senatın qətnaməsi ilə bağlı brifinqdə bəyanatla çıxış edib.

XİN-in bəyanatında bildirilir ki, səsvermədən əvvəlki debatlar zamanı Fransa və frankafoniyanın Turizm, Xarici ərazilər üzrə Dövlət Katibi cənab Jan-Batist Lemuan Fransa hökumətinin bu məsələ ilə bağlı mövqeyini təsdiqləyib: Fransa qondarma Dağlıq Qarabağ respublikasını tanımır.

ATƏT-in Minsk Qrupunun həmsədri kimi bizim vəzifəmiz Dağlıq Qarabağ münaqişəsinin həlli, o cümlədən Dağlıq Qarabağın gələcək statusu məsələsi ilə bağlı danışıqlar üzərində işləməkdən ibarətdir və bu danışıqların nəticəsi əvvəlcədən və birtərəfli qaydada müəyyən edilə bilməz. Bu gün bizim prioritetimiz son həftələrdə münaqişə nəticəsində köçürülənlərin təhlükəsiz qaytarılmasının təmin edilməsi olmalıdır. Dövlət katibi də Senata müraciətində bildirib ki, indiyədək heç bir dövlət Dağlıq Qarabağı tanımayıb.

Fransa öz dəyərlərinə sadiq, sülhə sadiq olan məsuliyyətli ölkə olaraq, bu çərçivədə münaqişənin möhkəm həllinə nail olmaq, region xalqları üçün təhlükəsizliyin və ləyaqətin təmin olunmasını tələb etmək əzmindədir. Fransa Cənubi Qafqazda vəziyyətin sabitləşməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəkdir. O, hələ də Minsk qrupunun həmsədrliyinin müvafiq çərçivəsində atəşkəsin əldə edilməsindən sonra hələ də müzakirə edilməli olan bütün parametrlər üzrə irəliləyişə nail olmağa, o cümlədən münaqişə zamanı açılmış xarici muzdluların tərk edilməsinə və ya regionun tarixi və mədəni irsinin qorunmasına sadiq qalacaq.

Biz, həmçinin Fransanın münaqişənin təsirinə məruz qalmış əhalinin mənafeyi naminə həyata keçirdiyi və noyabrın 22-dən Avropa və xarici işlər nazirliyinin kommünikasında təsvir etdiyi strukturlaşdırılmış humanitar yardımı xatırladırıq.

"Azərbaycan parlamenti Fransanı Minsk qrupundan çıxarmağı təklif edib. Buna cavabınız nədir?” sualına XİN nümayəndəsi belə cavab verdi: "Mən sizi Dağlıq Qarabağa dair bugünkü bəyanatıma yönəldirəm".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun