Polisi çəkmək olmaz təklifi Fransada etirazlara səbəb olub

Polisi çəkmək olmaz təklifi Fransada etirazlara səbəb olub
30 Noyabr 2020
Mətni dəyiş

Noyabrın 8-də, Fransanın paytaxtı Parisdə minlərlə adam etiraz aksiyasına çıxıb. Etirazçılar Senata təklif olunan yeni qanun layihəsinin söz azadlığını məhdudlaşdıra biləcəyini deyirlər.

Polis mitinqi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Yeni qanun layihəsində mübahisəli məqam budur ki, iş başında olan polisin foto, videosunu çəkmək, səsini yazmaq qadağan edilir. Bir neçə gün əvvəl isə polisin qara dərili musiqi produseri Maykl Zecleri necə döyməsini göstərən video yayılmışdı.

Prezident Emmanuel Macron noyabrın 27-də demişdi ki, bu, Fransa üçün utancvericidir və hökumət polisə inamı bərpa etməlidir. Etirazçılar isə deyirlər ki, yeni qanun belə halların təkrarlanmasına yol aça bilər: "Aydın məsələdir ki, polisin səsini yaymağı, videosunu çəkməyi qadağan eləmək söz azadlığına təzyiqdir". "Hazırda baş verənlər tamamilə narahatedici və ciddidir, biz buna yol verə bilmərik. Mən "Sarı jiletlilər"lə iki il vaxt keçirmişəm və orda zorakılıqlar görmüşəm və mənə çox maraqlıdır ki, daha nə qədər Maykllar saxta polis ittihamı ilə həbs olunub". Qanun qanunverici orqanın aşağı palatasından keçib və Senata təqdim ediləcəyi gözlənilir. Bu qanuna bütün Fransa boyu etirazlar var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun