Nobel mükafatçısı Gəncədə valideyinlərini itirmiş Xədicəyə yardım ayırıb

Nobel mükafatçısı Gəncədə valideyinlərini itirmiş Xədicəyə yardım ayırıb
23 Noyabr 2020
Mətni dəyiş

Kimya üzrə Nobel mükafatının qalibi Aziz Sancar Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərova üçün yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən açıqlama verilib. Məlumata görə, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Xədicənin gələcək təhsil xərclərinin ödənilməsi üçün bu yardımı edib.

Məlumata görə, Aziz Sancar Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.

İkinci Qarabağ Müharibəsi zamanı, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumları nəticəsində  Xədicə Şahnəzərova hər iki valideynini itirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun