İcra başçısı koronavirusdan vəfat edib

İcra başçısı koronavirusdan vəfat edib
27 Noyabr 2020
Mətni dəyiş
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat edib.
APA-nın noyabrın 27-də yaydığı xəbərə görə, 1961-ci il təvəllüdlü Tağıyev Vahid Heydər oğlu bir müddət əvvəl "COVID-19” virusuna yoluxub.
O, Bakı şəhərindəki karantin xəstəxanalarından birində müalicə olunurdu.
Vəziyyəti ağırlaşan Vahid Tağıyev dünən axşam saatlarında vəfat edib.
Məlumata görə Ağsu rayon İcra Hakimiyyətinin daha bir neçə əməkdaşı da koronavirusa yoluxub.
Onlar özünütəcrid edərək işə çıxmırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun