“Həyat yoldaşımın vəziyyəti ağırdır” – S.Sadıqova

“Həyat yoldaşımın vəziyyəti ağırdır” – S.Sadıqova
25 Noyabr 2020
Mətni dəyiş

Sevinc Sadıqova noyabrın 25-də Kürdəxanı İstintaq Təcridxanasında ədalətsiz hökmə etiraz əlaməti olaraq 22 gündür aclıq edən həyat yoldaşı, Azel.TV saytının redaktoru Əfqan Sadıqovla görüşməyə müvəffəq olub.

Görüşdən sonra S.Sadıqova jurnalistlərə bildirib ki, əri aclığın 20-ci günündən etibarən maye qəbul etməkdən də imtina edib.

“İstintaq Təcridxanasının tibb məntəqəsində olan Əfqanın vəziyyəti ağırdır. O, artıq gəzə bilmir. Həkimlər böyrəklərinin zəhərlənməsi təhlükəsi olduğunu bildiriblər. Əfqan həkimlərin sistem qoşmaq təklifini qəbul etməyib. Əfqan deyib ki, həbsxanadan ya ölü, ya da bəraət almış olaraq çıxacaq”, deyə S.Sadıqova bildirib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Əfqan Sadıqov bu ilin mayında hədələmə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. Noyabrın 3-də məhkəmə onu 7 il müddətinə azadlıqan məhrum edib. O, noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq aclıq elan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun