Ermənistanın baş hərbi müfəttişi istefa verib

Ermənistanın baş hərbi müfəttişi istefa verib
18 Noyabr 2020
Mətni dəyiş

Ermənistan Müdafiə Nazirliyi Hərbi nəzarət xidmətinin rəisi Movses Akopyan vəzifəsindən istefa verib.

Bu barədə onun özü məlumat verib.

M.Akopyan bildirib ki, yaxın zamanda keçirəcəyi mətbuat konfransında istefasının səbəbi ilə bağlı açıqlama verəcəyini deyib.

Qeyd edək ki, M.Akopyan 2019-cu il mayın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanın sərəncamı ilə baş hərbi müfəttiş təyin edilib. O, bu vəzifəyədək Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olub.

M.Akopyan 1965-ci il fevralın 4-də Azərbaycanın Xocavənd rayonunda anadan olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun