Dağlıq Qarabağ üçün xüsusi qanun haqqında ekspert rəyləri

Dağlıq Qarabağ üçün xüsusi qanun haqqında ekspert rəyləri
25 Noyabr 2020
Mətni dəyiş

Azad edilmiş ərazilərdə Azərbaycan qanunları qüvvədə olmalıdır. Bu ərazilər üçtərəfli Bəyanat əsasında idarə olunur, amma bu halda belə Rusiya  ordusu Azərbaycan qanunları çərçivəsində hərəkət etməlidir. Əks halda Rusiya tədricən Qarabağı öz ərazisinə birləşdirəcək, vəkil Fuad Ağayev belə deyir.

“Milli Məclis “sülhməramlıların” nəzarət etdiyi ərazidə normativ hüquqların tətbiqi haqqında qanun qəbul etməsə, orada yenidən Robert Koçaryan və Araik Arutyunyan kimi cinayətkarlar komandanlıq edəcək. Nəticədə orada terrorçuların sayı azalmayacaq, əksinə, artacaq”, deyə F.Ağayev sosial şəbəkədə yazıb.

Hüquqşünaslıq sahəsində mütəxəssislər F.Ağayevin mövqeyini nə dərəcədə dəstəkləyir?

Hüquqşünas Samirə Ağayeva hesab edir ki, belə bir qanun aktualdır və mütləq lazımdır. “Onda sühlməramlıların fəaliyyəti əks olunmalıdır, azad edilmiş ərazilərdə qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanları yaradılmalıdır. Orada Azərbaycan qanunları qüvvədə olmalıdır”, deyə o bildirib.

Hüquqşünas Vaqif Hacıbəylinin fikrincə, ən qısa zamanda Dağlıq Qarabağdakı sülhməramlıların və yerli əhalinin müvəqqəti statusu haqqında qanun qəbul edilməlidir. Qanunda Qarabağda, o cümlədən Xankəndində və digər ərazilərdə Türkiyə və Bakının icazə verdiyi başqa dövlətin silahlı qüvvələrinin hədsiz monitorinq keçirmək hüququ müəyyən edilməlidir. Qanun sühməramlıların burada olmasının vaxt çərçivələrini müəyyən etməlidir – müddəti zərurət olduqda və Milli Məclisin icazəsi ilə daha bir il uzatmaq mümkünlüyü qeyd edilməklə, bir il müəyyən etmək yaxşı olardı.

“Təklif edirəm ki, Milli Məclis müharibənin yekunlarına görə Qarabağ Bəyannaməsi qəbul etsin. Bəyannamədə Azərbaycanın neytral ərazidə, məsələn, Tbilisidə və vasitəçisiz Ermənistanla dinc danışıqlar aparmağa hazır olduğu qeyd edilməlidir. Danışıqların əsas mövzusu Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin müəyyən edilməsi olmalıdır. Qarabağda qalan ermənilərin statusu və onların təhlükəsizlik zəmanəti 1988-ci ilin son iki ayında Ermənistanın 172 yaşayış məntəqəsindən (8 min kv. km.) zorla qovulmuş Azərbaycanlıların statusu kimi olmalıdır. Hər iki sənəd simmetrik olaraq və eyni zamanda qəbul edilməlidir”, deyə Vaqif Hacıbəyli qeyd edib.

Vəkil, sonuncu parlament seçkilərində deputatlığa namizəd Cavad Cavadov Gürcüstan parlamentində işğal edilmiş ərazilər haqqında qəbul edilmiş qanunu xatırladıb. Bu qanunda Abxaziya və Cənubi Osetiyada hüqqi rejim müəyyən edilib. Azərbaycanın azad edilmiş əraziləri üçün belə bir qanunun zəruriliyini “REAL” Partiyasının üzvü və MM-in deputatı Erkin Qədirli də qeyd edib.

Cavad Cavadov başqa mövqe tutur, o hesab edir ki, hələlik Rusiya sülhməramlılarının nəzarətində olan rayonların Azərbaycanın hüquq müstəvisinə qayıtmasına çox az vaxt qalıb. Beynəlxalq təcrübədə sülhməramlıların fəaliyyəti, bir qayda olaraq, BMT qərarları əsasında tənzimlənir. Həmçinin ikitərəfli razılaşmalar əsasında tənzimləmə mümkündür.

Bu gün dünyada yeddi ərazidə BMT tərəfindən icazə verilməmiş sülhməramlılar missiyası fəaliyyət göstərir, bununla belə, bu missiyalar BMT-nin hamı tərəfindən qəbul edilmiş prinsiplərinə tabe olur: münaqişə tərəflərinin razılığı ilə yerləşdirilir, neytral olmalıdır, yalnız öz statusları və özünümüdafiə çərçivəsində silahdan istifadə edir. Bəyanatın yerinə yetirilməsi, münaqişə tərəfləri arasında kommunikasiyaların yaradılması Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşma əsasında həyata keçirilir. Üçtərəfli bəyanat bu prosesdə əsas hüquqi sənəddir. Bu sazişə əlavə və dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilə bilər. Milli Məclisin öz ərazisində sülhməramlılar haqqında qanun qəbul etməsi beynəlxalq təcrübəyə zidd olacaq və hüquqi qüvvəyə malik olmayacaq”, deyə vəkil Cavad Cavadov bildirib.

Milli Məclisin deputatı Zahid Oruc Turan-la söhbətində azad edilmiş ərazilərdə vəziyyətin daim dəyişməsinə diqqət çəkib. Noyabrın 25-də Kəlbəcər rayonu qaytarılıb, beş gün sonra ermənilər Laçın rayonunu qaytaracaqlar. Xankəndi şəhərinin Azərbaycandan elektrik enerjisi ilə təchiz edilməsi haqqında məlumat yayılıb, erməni sakinlər Azərbaycan əsgərlərindən köçmək üçün kömək istəyirlər və s. Minaların təmizlənməsi işləri başlayıb. Bütün baş verənlər üçtərəfli Bəyanat, İ.Əliyev, V.Putin və R.Erdoğan arasında danışıqlar əsasında həll olunur. Z.Oruc Milli Məclisin sülh prosesinə çətinlik yaradan qərarlar qəbul etməməsini vacib hesab edir. Region Azərbaycanda erməni ordusu olmadan, münaqişələrsiz və Qarabağda sülhsevər erməni əhali ilə Hərtərəfli Sülh Müqaviləsinə doğru getməlidir. Azərbaycanın hərəkətləri liderləri regionda baş verən prosesi müəyyən edən aparıcı ölkələrin siyasətinə uyğunlaşdırılmalıdır, deyə Z.Oruc bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun