Böyük İyirmiliyin virtual zirvə görüşü davam edir

Böyük İyirmiliyin virtual zirvə görüşü davam edir
23 Noyabr 2020
Mətni dəyiş

Səudiyyə Ərəbistanında Böyük İyirmiliyin virtual zirvə görüşü davam edir.

Bu ayın əvvəlində keçirilən prezident seçkilərində məğlub olduqdan sonra ictimaiyyət qarşısında çox da görünməyən ABŞ prezidenti Donald Tramp şənbə günü olduğu kimi bazar günü də iclasa qatılıb.

Səudiyyə Ərəbistanının kralı Salman şənbə günü görüşü üzv ölkələri dünyanı əlçatan vaksinlərlə təmin edilməsində əminliyə çağırışla açıb.

Pandemiya və iqtisadi tənəzzül sənaye baxımından inkişaf etmiş ölkələrin ikigünlük virtual zirvə görüşününü ilk günündə üstünlük verilən məsələlər olub.

Salman görüşü açarkən birlikdə problemlərin həlli, ümid və güvən mesajı vermək borcumuzdur deyib.

John Hopkins Universitetinin məlumatına görə, qlobal koronavirus yoluxmaları 58 milyona yaxınlaşıb və dünya miqyasında COVID-19-dan ölümlərinin sayı 1,4 milyona çatıb.

G-20 liderləri pandemiyanın zəngin və yoxsullar arasındakı uçurumu daha da dərinləşdirəcəyindən narahatdır.

Bununla mübarizə üçün Avropa İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatını vaksinlərin, testlərin və müalicənin inkişafını və paylanmasını sürətləndirmək üçün qlobal bir layihə olan COVID-19 Tools Accelerator-a çıxış üçün 4,5 milyard dollar məbləğində yardıma çağırıb.

Almaniya kansleri Angela Merkel təxminən 593 milyon dollar vəd edib. Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Sputnik V peyvəndi, Çin isə peyvənd sahəsində əməkdaşlığa çağırıb.

Trampın virtual görüşü tərk etməsindən sonra toplantıya qatılan ABŞ maliyyə naziri Stiv Mnuçin G-20-nin əsas nailiyyətinin Maliyyə Nazirliyinin 7 aylıq borc xidmətinin dayandırılması təşəbbüsünün pandemiyaya cavab kimi istifadə etməsi olduğunu deyib. Təşəbbüs dünyanın ən yoxsul ölkələrinə gələn ilin ortalarına qədər pandemiyanın fəsadlarının aradan qaldırılmasına yardım edəcək.

Sammit ilk dəfədir ki, COVID-19 pandemiyası səbəbindən onlayn keçirilir.

G-20-yə üzv ölkələr Argentina, Avstraliya, Braziliya, İngiltərə, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun