Ukrayna ABŞ-dan daha çox hərbi dəstək gözləyir

Ukrayna ABŞ-dan daha çox hərbi dəstək gözləyir
22 Oktyabr 2020
Mətni dəyiş

Ukraynalılar Donald Trampla rəqibi Co Bayden arasında ABŞ prezidentliyi üzərindəki rəqabəti böyük maraqla izləyirlər. Ukrayna 2014-cü ildən Rusiya ilə davam edən müharibədən sonra Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri üçün böyük strateji əhəmiyyət qazanıb. Eyni zamanda isə Ukrayna ilə bağlı korrupsiya ittihamları seçki kampaniyası üzərinə qara bulud yaradıb.

Ötən ay ABŞ-ın hərbi heyəti Ukraynanın Qərbində Ukraynanın xüusi qüvvələri ilə birgə “Uydurma Kirpi Təlimi”ndə iştirak ediblər. ABŞ Hava Qüvvələrinin CV-22 Osprey və başqa təyyarələri Ukrayna paytaxt Kyiv üzərində hərbi şou keçirib.

Birgə təlimlər Kreml Çinin və başqa ölkələrin qüvvələri ilə birlikdə Rusiyanın cənubunda “Qafqaz 2020 təlimləri” keçirdiyi vaxta təsadüf edib.

Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən və rus döyüşçülərin Ukraynanın şərqinə daxil olmasından sonra ABŞ Kyivlə müdafiə əlaqələrini gücləndirib.

“Düşünürəm ki, şəqrdəki münaqişəni nəzərə alaraq, biz indi etdiyimizi, yəni Ukrayna ilə tərəfdaş olmağı, birlikdə işləməyi, onlara və NATO və digər Qərb müttəfiqlərimizə Ukraynanın yanında olduğumuzu göstərməyə davam etməliyik,” təlimdə iştirak edən ABŞ-ın Xüsusi Əməliyyat Qüvvəsinin mayoru Reuters xəbər agentliyinə bildirib.

Siyasi təhlilçi Aleksey Arestoviçin dediyinə görə, ABŞ-ın Ukraynaya artan hərbi dəstəyi ABŞ seçkilərini izləyən bir çox ukraynalıda resonans yaradır.

“Onlar üçün maraqlı olan ABŞ-ın ərbi dəstəyini dayandırmamasıdır,” o, Amerikanın Səsinə bildirib.

Arestoviç deyir ki, 2017-ci ildə Donald Trampın prezidentliyinin ilk aylarında Ukraynada onun rusiyalı həmkarı Vladimir Putinlə yaxın münasibətləri ilə bağlı narahatlıq var idi.

“Amma aydın oldu ki, Tramp Putinə nə qədər sözdə Putini tərifləsə də, əslində Ukraynanın ABŞ-la hərbi fəaliyyəti artnaqdda davam edir və hərbi dəstəklə yanaşı şərqi Avropa və Ukraynada ABŞ-ın təhlükəsizlik çətiri böyüyür. Ona görə də Trampla bağlı kollektiv düşüncə dəyişib,” Arestovi, deyib.

Donald Trampın onun Demokrat rəqibi ilə bağlı təhqiqat aparmadığını təqdirdə Ukraynaya hərbi dəstəyi kəsəcəyinə dair təhdidləri ilə bağlı ittihamlar 2019-cu ildə Nümayəndələr Palatasında prezidentlə bağlı impiçment təhqiqatına yol açmışdı. Trampa daha sonra Senatda bəraət qazanmışdı.

Ukrayna indi yenidən diqqət mərkəzindədir. Belə ki, prezidentliyə namizəd Co Baydenin 2015-ci ildə vitse-prezident ikən Ukraynada enerji şirkətinin idarə heyətind yer alan oğlu Hanter Baydeni anti-korrupsiya istintaqından qorumaq üçün Ukraynanın baş prokurorunun işdən çıxarılmasını tələb etdiyinə dair iddilar yenidən üzə çıxıb.

Bayden iddianı rədd edir və Respublikaçıları onu qaralama kampaniyası aparmaqda günahlandırır. Federal Təhqiqat Bürosu Rusiyanın mümkün dezinformasiyasını araşdırır.

Arestoviç deyir ki, ukraynalıların çoxu ölkələrinin seçki kampaniyasına daxil edilməsindən narahatdırlar.

“Bütün sıravi ukraynalıların ortaq istəyi bizim Amerika siyasətinə müdaxilə etməməyimiz və amerikalılarla hərbi baxımdan dost olmaqdır. Hərbi təhlükəsizlik çətiri – bu əsas maraqdır. Rusiyadan müdafiə.”

Təhlilçilər deyir ki, ukraynalıların ən böyük ümidi ABŞ-ın hərbi dəstəyinin noyabrın 3-də kimin qalib gəlcəyindən asılı olmayaraq seçkidən sonra da davam etməsidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun