Separatçıların “müdafiə naziri” yaralanıb və vəzifədən çıxarılıb

Separatçıların “müdafiə naziri” yaralanıb və vəzifədən çıxarılıb
27 Oktyabr 2020
Mətni dəyiş
Qondarma “Dağlıq Qarabağ respublikası”nın “müdafiə naziri” Cəlal Arutyunyan yaralanıb. Abzas xəbər verir ki, bu barədə separatçıların “prezidenti” Arayik Harutyunyan Facebook hesabında məlumat yayıb. Harutyunyan açıqlamasında deyib ki, “müdafiə naziri Cəlal Arutyunyan yaralandığına görə vəzifədən azad edilir”. Separatçıları “rəhbəri” müdafiə naziri postuna yeni təyinat edib. O bilridib ki, general-mayor Mikael Arzumanyana general-leytenant rütbəsi verməklə onu “müdafiə naziri təyin edir”. Qeyd edək ki, bu gün gecəyarısı Azərbaycan mətbuatında Cəlal Arutyunyanın ölümü ilə bağlı da məlumatlar yayılmışdı. Hələlik qondarma rejimin ordusunun birinci adamının ölüb və ya yaşaması ilə bağlı fakt, görüntü yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun