Kreml növbəti dəfə Nikola rədd cavabı verib

Kreml növbəti dəfə Nikola rədd cavabı verib
30 Oktyabr 2020
Mətni dəyiş

Sülhməramlılar Qarabağa müstəsna olaraq hər iki münaqişə tərəfinin razılığı ilə yeridilə bilər, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Münaqişə zonasına istənilən sülhməramlılar müstəsna olaraq hər iki tərəfin razılığı ilə yeridilə bilər”, deyə o bildirib.

Peskov dövlət başçısı Vladimir Putinin Ermənistan və Azərbaycan rəhbərləri ilə söhbətlərində tanınmamış Dağlıq Qarabağda münaqişə zonasına Rusiya sülhməramlılarının yeridilməsini təklif edib-etmədiyi barədə suala cavab verməkdən yayınıb.

Hər iki tərəfin razılığı olarsa, Rusiyanın öz sülhməramlılarını göndərib-göndərcməyəcəyi barədə suala cavabda Peskov hadisələri tələsdirməyə ehtiyac olmadığına işarə edib.

Xatırladaq ki, dünən Ermənistan baş naziri Nikol Paşinyan yenidən Rusiya sülhməramlılarının Qarabağa yeridilməsi zərurətini qeyd edib. Onun bəyanatı elə səslənib ki, sanki Rusiya prezidenti odur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun