Hadrutu azad edən Azərbaycan əsgərlərinin bir neçəsi

Hadrutu azad edən Azərbaycan əsgərlərinin bir neçəsi
19 Oktyabr 2020
Mətni dəyiş

"Hadrut qəsəbəsinin və digər yaşayış məntəqələrimizin işğaldan azad olunmasında fədakarlıq nümayiş etdirən əsgərlərimizdən bir neçəsini təqdim edirik" Azərbaycan Müdafiə Nazirliyi Hadrut qəsəbəsinin və digər yaşayış məntəqələrimizin işğaldan azad olunmasında fədakarlıq nümayiş etdirən əsgərlərin bir neçəsinin şəklini paylaşıb. Nazirliyin mlumatında deyilir ki, Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Hadrut qəsəbəsi, eyni zamanda, ətraf kəndlər işğaldan azad edildi və ordumuzun tam nəzarətindədir. Azərbaycan Ordusu 28 illik həsrətə son qoydu. Hadrut qəsəbəsi 1992-ci il oktyabrın 2-dən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun