Fransa və Almaniya artan yoluxmalara görə ümumilli karantin elan etdi

Fransa və Almaniya artan yoluxmalara görə ümumilli karantin elan etdi
30 Oktyabr 2020
Mətni dəyiş

Artmaqda olan yeni yoluxmaların qarşısını almaq məqsədi ilə Fransa və Almaniya liderləri ölkə boyu yeni qapanmalar tətbiq etməyə məcbur olub.

Çərşənbə günü televiziya ilə çıxışı zamanı Fransa Prezidenti Emmanuel Makron cümə günündən etibarən ölkədə qüvvəyə minəcək bir aylıq qapanma tədbirlərini elan edib. Makron restoranların, barların, kafelərin və digər vacib olmayan müəssisələrin bağlanacağını, sakinlərin yalnız iş, alış-veriş və həkim qəbulu üçün evlərindən çıxmalarına icazə veriləcəyini bildirib.

Almaniya kansleri Angela Merkel də ölkənin 16 federal əyalətinin liderləri ilə görüşdən sonra çərşənbə günü bənzər qapanma tədbirləri haqqında qərar qəbul edib.

Əsas bizneslər, mağazalar və gözəllik salonlarının əksəriyyəti açıq qalsa da, Merkelin qərarına əsasən restoran və barlara əlavə olaraq, bütün idman salonları, teatrlar və opera mərkəzləri bazar ertəsindən etibarən bağlanacaq. Hər iki ölkədə kilidlənmə tədbirləri tətbiq olunduğu vaxt məktəblər açıq qalacaq.

Məhdudiyyətlər hər iki ölkədə COVID-19-a rekord sayda yoluxmalar qeydə alındıqdan sonra tətbir edilməyə başlayır. Təkcə Almaniyada çərşənbə günü 15 minə yaxın yeni yoluxma halı qeydə alınıb. Nəticədə səhiyyə sistemi böyük izdihamla üzləşib.

Bu tədbirlərlə Fransa və Almaniya Şimal Yarımkürrəsində soyuq hava fəsli yaxınlaşdıqca virusun ikinci böyüyən dalğası ilə mübarizə aparmaq üçün yeni bir məhdudiyyət tətbiq etmək məcburiyyətində qalan bir sıra digər Avropa ölkələrinə qoşulur.

Cümə axşamı qeydə alınan rəqəmlərə əsasən xəbər verilir ki, dünya boyu virusa yoluxanların sayı 44,4 milyonu ötüb. Həyatını itirinlərin sayı isə 1,1 milyondan çoxdur.

Təhlükəsiz və təsirli vaksin yaratmaq səyləri davam etdikcə ABŞ Prezidenti Donald Tramp administrasiyası ölkədə hər kəsin pulsuz immunizasiyasının təmin edəcəyini

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun