Azər Qasımlı: “Mingəçevir Su Elektrik Stansiyası vurulsa, Bakı su altında qala bilər”

Azər Qasımlı: “Mingəçevir Su Elektrik Stansiyası vurulsa, Bakı su altında qala bilər”
5 Oktyabr 2020
Mətni dəyiş
"Mingəçevir Su Elektrik Stansiyası vurulsa, Azərbaycan əhalisi işıqsız, bölgədəki bütün kəndlər, hətta Bakı da su altında qala bilər”. Oktyabrın 5-də Ermənistanın Mingəçevirə atdığı raketin yarada biləcəyi təhlükələrdən danışan politoloq Azər Qasımlı Toplum.TV internet kanalına açıqlamasında belə deyib. Ermənistanın Mingəçevirə təcavüz cəhdini hərbi cinayət hesab edən politoloq bildirib ki, Mingəçevir SES vurulmasa da, gələcək təhlükələri gözardı etmək doğru olmaz. Onun sözlərinə görə, Mingəçevir SES-i və bölgədəki su anbarını 5 hava diviziyası qoruyur: "Obyektlərdəki texnologiyalar da çox yüksək səviyyədədir”. Azər Qasımlının fikrincə, Ermənistanın gün ərzində Azərbaycanın bir neçə şəhərinə raket atması Azərbaycanı antiterror əməliyyatını dayandıraraq  danışıqlara başlamasına, əhali arasında qorxu yaratmağa hesablanıb. Sentyabrın 27-dən cəbhə xəttində vəziyyət gərginləşib. Həm Ermənisan, həm Azərbaycan tərəfi ölü və yaralılarının olduğunu bildirir. Oktyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri Madagizi(Suqovuşan) azad edib. Oktyabrın 5-i saat 11.00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərinə raket atıb. Eyni gündə prezident İlham Əliyev Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin işğaldan azad olunduğunu bildirib. Bir neçə saat sonra Ermənistan Mingəçevir, Xızı və Abşerona raket atıb, Tərtərin kəndlərini atəşə tutub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun